Onlayn ictimai-siyasi qəzet
Qazax şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə mərkəzi prospektlərin birində qeydə alınıb.
"Ford" və digər minik avtomobilinin toqquşması nəticəsində azı 3 nəfərin xəsarət aldığı bildirilir. Zərərçəkənlər təcili tibbi yardım briqadası və yaxınlıqdakı vətəndaşların köməyi ilə xəstəxanaya çatdırılıb.
Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
26 Avqust 2025
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ