Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan Parlamenti Ermənistanla qarşılıqlı səfərlər və vətəndaşların ölkədə qalma qaydalarını tənzimləyən sazişi ratifikasiya edib.
Musavat.com xəbər verir ki, 2024-cü ilin aprelində İrəvanda imzalanan sənədin əsas yeniliyi 90 günlük vizasız rejimin tətbiqidir.
Sazişə əsasən, hər iki ölkənin vətəndaşları etibarlı sənəd - pasport (o cümlədən xidməti və diplomatik), dənizçinin şəxsiyyət vəsiqəsi və ya geri qayıtma şəhadətnaməsi olduqda, qarşı tərəfin ərazisində üç aya qədər viza tələb olunmadan qala biləcəklər.
Musavat.com
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ