İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok iddia: “Krımın ilhaqı Putinin atası üçün son arzu imiş”

Rusiya prezidenti Vladimir Putinin Krımın ilhaqı və Sovet İttifaqının bərpası ilə bağlı qərarının arxasında şəxsi motivlər ola bilər.

Musavat.com xəbər verir ki, jurnalistlər Roman Badanin və Mixail Rubinin “Öz Şəxsiyyətində Çar” adlı kitabında Putinin atası Vladimir Spiridonoviçin son arzularının bunlarla bağlı olduğu iddia edilir.

Kitaba görə, 1999-cu ilin yayında ağır xəstə olan Putin atası  ilə görüşüb. Atası ona bildirib ki, ümid edir ki, bir gün Krım yenidən Rusiyanın tərkibinə qayıdacaq. Həmçinin, Spiridonoviç Sovet İttifaqının dövlət himni üçün darıxdığını etiraf edib.

Jurnalistlər qeyd edirlər ki, bu hekayə apokrifik ola bilər, amma Krım və xüsusilə Sevastopoldakı Rusiya (əvvəlcə Sovet) donanması bazası Putinin atası üçün böyük əhəmiyyət daşıyıb. O, Sovet donanmasında xidmət etdiyi illərdə burada müəyyən vaxt keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR