Onlayn ictimai-siyasi qəzet
Musavat.com redaksiyasına Qətərdən – birbaşa Dohadan eksklüziv görüntülər göndərilib. Qətərdə yaşayan azərbaycanlılar tərəfindən lentə alınan və redaksiyamıza təqdim olunan videoda İranın Qətərdəki ABŞ hərbi bazalarına hücumu zamanı havada raket və dronların toqquşması açıq şəkildə müşahidə olunur.
İran tərəfindən həyata keçirilən ballistik raket hücumlarına cavab olaraq, ABŞ-a məxsus hava hücumundan müdafiə sistemləri dərhal aktivləşdirilib. Gecə saatlarında qeydə alınan görüntülərdə səma üzərində partlayışlar, işıq şüaları və dronların hərəkəti aydın görünür.
Qətərdəki hərbi bazalara yönəlmiş hücumların qarşısı alınsa da, bu görüntülər Yaxın Şərqdə vəziyyətin nə qədər gərgin və təhlükəli mərhələyə keçdiyini təsdiqləyir.
Qeyd edək ki, bu hücum İranın ABŞ-ın Tehranda və İsfahanda yerləşən strateji obyektlərə yönəlik hava zərbələrinə cavab olaraq başladığı qisas əməliyyatları çərçivəsində baş verib. Ekspertlər hazırda regionda diplomatik səylərin nəticə vermədiyini və qarşılıqlı hücumların yeni müharibə dalğası yaradacağından ehtiyat etdiklərini bildirirlər.
Musavat.com
24 Iyun 2025
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ