İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya uğrayan təyyarədə sabiq baş nazir də olub

Xəbər verdiyimiz kimi, Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsi qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, qəza nəticəsində azı 40 nəfər həyatını itirib, bir neçə nəfər sağ qalıb.

Hadisə yerində xilasedicilər və təcili yardım xidmətləri çalışır. Qəza nəticəsində təyyarənin qalıqları yaşayış binalarının üzərinə düşüb, nəticədə yanğın baş verib.

Məlumata görə, Londonun Qatvik hava limanına uçan təyyarənin göyərtəsində Qücarat ştatının sabiq baş naziri Vija Rupani də olub. Onun taleyi hələlik məlum deyil.

Qeyd olunub ki, bu qəza "Boeing 787 Dreamliner" modelinin ilk ölümcül hadisəsi hesab olunur. Sözügedən hava gəmisi 2013-cü ildən istismardadır və təxminən 11,5 yaşı var.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR