Onlayn ictimai-siyasi qəzet
Qəzza ilə bağlı tam atəşkəs razılaşması əldə olunub.
Musavat.com xəbər verir ki, Misir mənbələrinin “Sky News Arabia”ya verdiyi məlumata görə, müqavilə çərçivəsində İsrail ordusu Qəzza sektorunun 70 faizindən mərhələli şəkildə çıxacaq.
Razılaşmaya əsasən, həm İsrail, həm də HƏMAS tərəfi saxladığı girov və məhbusları azad edəcək.
Diplomatik mənbələr bildiriblər ki, bu razılaşma ABŞ və Misirin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsində əldə olunub və humanitar sabitləşmə mərhələsinə keçid üçün ilkin addım kimi qiymətləndirilir.
Razılaşmanın yaxın günlərdə rəsmi şəkildə elan olunacağı gözlənilir.
Musavat.com
09 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ