Onlayn ictimai-siyasi qəzet
Qızılın qiyməti son günlərdə tarixi maksimumlara çataraq əhəmiyyətli artım nümayiş etdirib. Aprelin 1-də qlobal bazarlarda qızılın bir unsiyasının qiyməti ilk dəfə olaraq 3,150 ABŞ dollarını ötüb.
Musavat.com Wall Street Journal-a istinadən xəbər verir ki, aprelin 3-də Bakı vaxtı ilə saat 00:29-da qiymətli metalın qiyməti 1.12% artaraq bir troy unsiyası üçün 3,201.6 dollar təşkil edib. Daha sonra isə bu qiymət 3,171.5 dollara qədər enib.
Azərbaycan bazarında isə 999,9 əyar qızılın satış qiymətləri 180-200 manat arasında dəyişir.
Qızılın qiymətindəki bu artımın əsas səbəbləri arasında ABŞ-ın tətbiq etdiyi yeni tariflər, qlobal iqtisadi qeyri-müəyyənliklər və mərkəzi bankların ehtiyatlarını artırmaq məqsədilə qızıla olan tələbatın artması göstərilir.
Analitiklər yaxın gələcəkdə qızılın qiymətinin 3,300 ABŞ dollarına qədər yüksələcəyini proqnozlaşdırırlar.
Musavat.com
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ