İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tarix bir daha göstərdi ki, işğalçıya inanmaq ən böyük səhvdir” - Ukrayna nümunəsində tarixi dərs

İqtisadçı Eldəniz Əmirov tarixi analoji müqayisələr əsasında hazırkı geosiyasi proseslərə diqqət çəkib.

Musavat.com xəbər verir ki, o, 1938-ci ildə baş vermiş Münhen razılaşmasına istinad edərək bu gün Ukraynada yaşananları həmin dövrün davamı kimi dəyərləndirib.

Əmirov bildirib ki, 1938-ci ildə Fransa və Böyük Britaniya Adolf Hitlerlə masa arxasına oturaraq Sudet vilayətinin Almaniyaya verilməsi ilə razılaşdılar. Məqsəd guya “sülhü qorumaq” idi. Lakin çox keçmədən Hitler həmin razılaşmanı pozdu, bütün Çexoslovakiyanı işğal etdi, ardınca isə Polşaya hücum edərək II Dünya Müharibəsini başladı.

“Tarix bir daha göstərdi ki, işğalçıya inanmaq ən böyük səhvdir”, – deyə iqtisadçı qeyd edir. Eldəniz Əmirov daha sonra bu tarixi nümunəni Ukrayna ətrafında cərəyan edən münaqişə ilə müqayisə edir. Onun fikrincə, bu gün də bənzər mənzərə yaşanmaqdadır. Çin Rusiya üzərində yaranmış iqtisadi və siyasi təzyiqlərdən istifadə edərək ucuz resurslar əldə edir və bununla öz maraqlarını təmin edir. ABŞ isə silah satışı üçün yeni bazarlar axtarır, lakin məsuliyyəti Avropanın üzərinə yükləyir.

İqtisadçı vurğulayır ki, Avropa ciddi narahatlıq içindədir, amma real siyasi və hərbi reaksiya verə bilmir: “Ən pisi odur ki, bu gün Avropa insanının heç biri döyüşmək istəmir. Kosmopolit düşüncə tərzi Avropa cəmiyyətində vətən anlayışını demək olar ki, tamamilə silib. Hətta Almaniya kimi bir ölkədə keçirilən sorğuda hər altı nəfərdən beşi ‘vətən uğrunda döyüşmək istəmirik’ cavabını verib”.

İqtisadçının sözlərinə görə, bu vəziyyətdə Ukrayna “pis” və “çox pis” seçim arasında sıxışıb qalıb: “Bütün imperiyalar öz ağırlığından çökür. Yalnız onların çökməsindən sonra sərhədlərində sülh bərqərar olur”.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR