İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp AÇIQLADI: Son qərarı yalnız Putin və Zelenski verəcək

ABŞ prezidenti Donald Tramp "Fox News"a telefonla verdiyi müsahibəsində müharibənin sona çatması üzrə danışıqlar və Ukrayna məsələsinə dair açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, danışıqlarda qərarları yalnız Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski verəcək, ABŞ isə münaqişədən uzaqdır:

"Əminəm ki, Zelenski ilə Putin arasında ikitərəfli görüş təşkil edəcəyəm, amma özüm bu görüşdə iştirak etməyəcəyəm".

ABŞ lideri qeyd edib ki, həm Krımın Ukraynaya qaytarılması, həm də Kiyevin NATO-ya üzv olması mümkün deyil. Tramp vurğulayıb ki, heç kəs deyə bilməz ki, Krım onun səbəbindən itirilib, çünki bu qərarı Obama verib.

O əlavə edib ki, Fransa və Almaniya öz qüvvələrini Ukraynada yerləşdirmək istəyir və bu, Rusiyaya problem yaratmayacaq:

"ABŞ prezidenti olduğum müddətdə Ukraynada Amerika qoşunları olmayacaq".

Tramp Rusiyanı güclü hərbi dövlət adlandırıb və insanların buna münasibətindən asılı olmayaraq bunu qəbul etmək lazım olduğunu deyib. 

Prezident əlavə edib ki, Ukraynanın təhlükəsizlik təminatları NATO çərçivəsində mümkün deyil, lakin ABŞ Avropaya bu məsələdə dəstək verməyə hazırdır. Trampın sözlərinə görə, Ukrayna müharibədən sonra çox torpaq sahəsi əldə edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR