İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya hakimiyyəti vətəndaşlarına Rusiyaya səfərlərdən tam imtina etməyi tövsiyə etdi

Estoniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Rusiyaya səfərlərdən tamamilə çəkinməyə çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qurumun açıqlamasına görə, estoniyalılar Rusiyada siyasi baxışlarına görə təhlükə ilə üzləşə bilərlər.

XİN-in konsulluq idarəsinin baş direktoru Tiyna Nirk bildirib ki, son vaxtlar Rusiyada eston vətəndaşlarının yerli güc strukturlarının diqqətinə məhz siyasi baxışlarına görə düşməsi halları qeydə alınıb. Onun sözlərinə görə, şəxsi telefon yazışmaları belə, əgər Rusiyanın rəsmi mövqeyi ilə üst-üstə düşmürsə, saxlanılma üçün əsas ola bilər.

Nirk əlavə edib ki, Rusiya hakimiyyəti miqrasiya qaydalarının kiçik pozuntuları da daxil olmaqla, müxtəlif hallardan Estoniya vətəndaşlarına təzyiq və şantaj vasitəsi kimi istifadə etməyə başlayıb.

Qeyd edək ki, iyul ayında Polşa Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR