Onlayn ictimai-siyasi qəzet
Djigan və Nilettonun yeni musiqi klipində Azərbaycan bayrağının görünməsi sosial mediada geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, bir çox izləyici bunu sadəcə təsadüf deyil, siyasi jest kimi qiymətləndirib.
Federal Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Layihəsinin (FPBK) rəhbəri Vitaliy Borodin öz Telegram kanalında yazıb ki, Djigan və Niletto şou-biznesdə gələcək karyeralarını Azərbaycan istiqamətində qurmaq niyyətində ola bilərlər:
"Məndə elə təəssürat yarandı ki, bu uşaqlar şou-biznesdə gələcək karyeraları üçün Azərbaycan istiqamətini seçiblər. Halbuki onlar bu bayrağı gizlədə və ya kadrlardan çıxara bilərdilər, amma görünür ki, bu, təşkilatçıların məcburi tələbi olub. Məncə, Djigan və Niletto artıq açıq şəkildə mövqelərini bildirməlidirlər: onlar kimlədirlər — Rusiya ilə, yoxsa Azərbaycanla?".
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ