Onlayn ictimai-siyasi qəzet
Kreml Azərbaycanın və postsovet Orta Asiya ölkələrinin davranışından ciddi narazıdır.
Musavat.com xəbər verir ki, bu barədə «INSIDER BLACK» mənbələri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Moskva hesab edir ki, həmin ölkələr Rusiyanın zəiflik anından istifadə edərək faktiki olaraq “arxadan zərbə vurublar”.
Əvvəllər Rusiya yumşaq güc siyasətinə, güzəştlərə və diplomatik elastikliyə üstünlük verirdi, lakin bu yanaşma Putinin özü tərəfindən səmərəsiz sayılıb.
İnsayderlərin sözlərinə görə, Ukrayna ilə sülh sazişi imzalanan kimi Moskva kəskin şəkildə Orta Asiyanın keçmiş respublikalarına yönəlməyi planlaşdırır.
Bu strategiyaya aşağıdakı addımlar daxil ola bilər:
İqtisadi təzyiq – enerji resurslarının qiymətlərinin artırılması, ticarət güzəştlərinin məhdudlaşdırılması, gömrük nəzarətinin gücləndirilməsi.
Sərt miqrasiya siyasəti – yeni kvotalar, kütləvi yoxlamalar və deportasiyalar.
Hərbi mövcudluğun genişləndirilməsi – KTMT bayrağı altında regionda hərbi iştirakın artırılması.
Məqsəd Moskvanın regionda yeni, daha sərt siyasətini qurmaqdır.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ