İnsanlara hürriyət, millətlərə istiqlal!

Şımkənddə məhkəmə hakimi jurnalistə dil çıxarıb – işi araşdırılacaq

Qazaxıstanın Şımkənd şəhərində məhkəmənin hakimi Abinur Karabayev Şımkənd şəhərinin icra hakimiyyəti başçısının müavini Ruslan Berdenovun həyatına sui-qəsd cəhdi ilə bağlı prosesə sədrlik edərkən jurnalistə dilini çıxarıb.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, jurnalist Botagöz Ömərovanın özünün dediyi kimi, bu hərəkət onun üçün gözlənilməz olub və onu təəccübləndirib.

“Karabayevə nə olub? Bu jestə səbəb nə idi? Onunla bağlı hər şey qaydasındadırmı? Bilmirəm... Mən ona görə narahatam, — jurnalist açıqlamasında bildirib.

Məhkəmə yaranmış vəziyyətə münasibət bildirib və əmin edib ki, hakimlik etikası kodeksini pozduğuna görə Karabayevə qarşı xidməti araşdırma aparılacaq.

Qeyd olunur ki, yaranmış şəraitdən asılı olmayaraq, hakimlər peşəkar hakim etikası normalarına əməl etməyə, məhkəmə sisteminə ictimai etimadı yüksək səviyyədə saxlamağa borcludurlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR