Onlayn ictimai-siyasi qəzet
İrəvan məhkəməsi terror aktları hazırlamaqda və konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunan “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqratın həbsinin 3 ay müddətinə uzadılmasına qərar verib.
Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, məhkəmə ibtidai istintaqın hazırkı mərhələsində təqsirləndirilən şəxsin həbs müddətinin üç ay uzadılması qənaətinə gəlib.
Baqratın tərəfdarları məhkəmə zalında səs-küy salsalar da, hakimin qərarı dəyişməyib.
Qeyd edək ki, iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Rusiyanın adamı, “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıblar. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Daha sonra eyni ittihamla arxiyepiskop Baqrat Qalstanyan (o, həmçinin terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə şübhəli bilinir) və Mikael Ajapaxyan, həmçinin “Müqəddəs mübarizə” müxalifət hərəkatının tərəfdarları da həbs edilib.
Musavat.com
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ