İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin yaxın çevrəsinin bank əmanətləri 300 milyard rubla çatıb

Rusiyanın Federal Vergi Xidmətinin (FNS) şəxsi kabinetlərindən məlumatların sızması prezident Vladimir Putinin yaxın çevrəsinin milyardlarla rublluq əmanətlərə sahib olduğunu üzə çıxarıb.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, hesablamalara görə, prezidentin ailə üzvləri, dostları və siyasi komandasına daxil olan 12 nəfərin ümumi bank aktivləri 300 milyard rubla (3 714 053 070 dollar) çatıb. Bu rəqəm, Moskva və Sankt-Peterburq istisna olmaqla, Rusiyanın ən iri şəhərlərinin illik büdcəsini üstələyir.

Həmin adamların siyahısı da verilib:

Alina Kabaeva — prezidentin yaxın çevrəsinə aid edilən Kabaevanın “Rossiya” bankında 1,6 milyard rubldan artıq vəsaiti var. İki il öncə onun hesablarında 2,4 milyard rubl olduğu bildirilirdi.

Katerina Tixonova — Putinin kiçik qızı və “İnnoprak¬tika”nın rəhbəri “Qazprombank”da 1,7 milyard rublluq əmanətə sahibdir. Eyni zamanda “Rossiya” bankında əlavə 29 milyon rublluq hesabı mövcuddur.

Mariya Vorontsova — prezidentin böyük qızının aktivləri daha azdır: təxminən 330 milyon rubl.

Parlament rəhbərlərinin sərvəti

Vyaçeslav Volodin — Dövlət Dumasının spikeri “Rosselxozbank”da 1,7 milyard rubldan çox vəsait saxlayır. Onun yalnız faiz gəlirləri ildə 166 milyon rubla çatır.

Valentina Matviyenko — Federasiya Şurasının sədri 304 milyon rublluq əmanətlərə sahibdir.

“Ən kasıb” Medvedev sayılır

Sızmada adı keçənlər arasında ən az vəsaiti Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, eks-prezident Dmitri Medvedevin hesablarında olduğu göstərilib. Onun VTB və Sberbankda ümumilikdə 38,8 milyon rublluq 8 əmanəti mövcuddur.

Beləliklə, bu 12 şəxsin banklardakı aktivləri təxminən 300 milyard rubl təşkil edir ki, bu da Rusiyanın əksər iri şəhərlərinin illik büdcəsindən də çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR