İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal maye qaz ixracı qaz qiymətlərini kəskin endirəcək

2030-cü ilə qədər dünyada maye qaz - LNG ixracı indiyə qədər görünməmiş miqyasda böyüyəcək və hazırkı 580 milyard kubmetrdən 850 milyard kubmetrə çatacaq.

Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, bu proqnoz Beynəlxalq Enerji Agentliyinin qlobal enerji icmalında əksini tapıb.

Hesabata görə, bu böyümənin mühərriki ABŞ olacaq. Belə ki, 5 ildə 270 milyard kub ekvivaletində LNG artımının təxminən 115 milyard kubunu məhz ABŞ təmin edəcək. İkinci yerdə Qətər gələcək - təxminən 70-75 milyard kubmetr. Sonrakı yerlərdə Avstraliya, Afrika və Canada var.

Agentliyin analizinə görə, yaxın 5 ildə LNG ixracının həcmi ona olan tələbatı üstələyəcək ki, bu da qazın qiymətinin aşağı düşməsinə təkan verəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

06 May 2025

BÜTÜN XƏBƏRLƏR