Onlayn ictimai-siyasi qəzet
İranı tərk edən səfirlik heyəti Azərbaycanda – İsveçrə diplomatları Tehrandan çıxarıldı
Musavat.com xəbər verir ki, İsveçrə Konfederasiyasının İrandakı səfiri və səfirliyin bir neçə əməkdaşı bu gün Tehrandan ayrılaraq Azərbaycana gəliblər. Diplomatik mənbələrdən alınan məlumata görə, bu addım bölgədə artmaqda olan gərginliklə əlaqəlidir.
Qeyd edək ki, İsveçrə İranda yalnız öz maraqlarını deyil, eyni zamanda ABŞ-ın diplomatik maraqlarını da təmsil edir. Vaşinqtonun Tehranda səfirliyi olmadığı üçün rəsmi ABŞ–İran əlaqələri məhz İsveçrə səfirliyi üzərindən yürüdülür. Bu baxımdan səfirliyin heyətinin İranı tərk etməsi həm də ABŞ-la İran arasında müharibə vəziyyəti kimi dəyərləndirilir.
Rəsmi məlumata görə, səfirlik əməkdaşlarının təhlükəsizlik səbəbilə ölkədən təxliyəsi müvəqqəti xarakter daşıya bilər, lakin bu, Tehranda diplomatik mühitin qeyri-sabit və təhlükəli olduğuna dair siqnaldır.
Xatırladaq ki, son günlər ərzində İranla İsrail arasında hərbi toqquşma və hava dueli baş verməkdədir. Bu səbəvdən Tehrandakı əksər səfirliklər fəaliyyətlərini məhdudlaşdırıb və əməkdaşlarını Azərbaycana gətiriblər.
Musavat.com
21 Iyun 2025
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ