Onlayn ictimai-siyasi qəzet
“Bildiyiniz kimi, keçən ilin aprel ayında, - hətta məktəbin içərisində bir fotoşəkil də var, - Sadır Nurqojoyeviçlə bu məktəbin təməlini qoyduq və razılaşdıq ki, hazır olanda birlikdə gələcəyik”.
Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Qırğız Prezidenti Sadır Japarovla birgə Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında deyib:
“Belə alındı ki, Xıdırlı kəndi də hazırdır - gözəl evlər, icma mərkəzi, tibb məntəqəsi və bu cür yaraşıqlı təhsil ocağı. Bu, bir daha ölkələrimizin qardaşlığından, bizim tarixi, etnik, mədəni və mənəvi yaxınlığımızdan xəbər verir. Bu təməl üzərində bu gün biz Qırğızıstan-Azərbaycan dostluğunun möhkəm binasını tikmişik”.
25.04.2024
03.07.2025
04 Iyul 2025
03 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ