Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Texas ştatında Konqresə namizəd olan Respublikaçı Valentina Qomes yayımladığı seçki videosunda açıq şəkildə Quranı yandırıb.
Musavat.com xəbər verir ki, o, çıxışında islamı “birdəfəlik aradan qaldırmaq lazım olduğunu” bəyan edib və əgər müsəlmanlar bununla razı deyillərsə, “57 müsəlman ölkəsindən birinə köçüb gedə bilərlər” ifadəsini işlədib.
Bu addım ictimaiyyətdə kəskin etiraz doğurub. ABŞ-da din azadlığının fundamental hüquq olduğu vurğulanaraq, Qomesin bu hərəkətinin nifrət ritorikasını gücləndirdiyi, müsəlman icmasına qarşı açıq-aşkar təhqir xarakteri daşıdığı qeyd olunur.
Həmin görüntüləri təqdim edirik:
@@TVmusavat/125435@@
Musavat.com
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ