İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Ayakve: Paşinyanın arxasında duran qüvvələr məsuliyyət daşıyır

Paşinyanın parlamentdə mütləq çoxluğu, həmçinin polis qüvvələri var və beləliklə, ermənilərin fəal hissəsinin itaətsizliyi vaxtaşırı olaraq yatırılır. Fəal etirazçıların bir qismi isə bu gün həbsdədir. Belə bir vəziyyətdə biz parlamentdə Paşinyana etimadsızlıq səsverməsi yolu ilə getməliyik.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə müxalif və revanşist “Ayakve” hərəkatının bəyanatında qeyd olunur.

“Bunun üçün deputatlara qanuni yollarla ictimai təzyiq göstərmək lazımdır. Seçkiləri gözləmək vacib deyil. Əksinə, biz bu rejimdən konstitusion yolla mümkün olan bütün vasitələrlə qurtulmalıyıq. Mövcud vəziyyətdə həm xarici, həm də daxili qüvvələr – Paşinyanı hakimiyyətə gətirənlər – günahkardır. Xüsusilə də xarici qüvvələr o qədər güclüdür ki, məhdud imkanlara malik müxalifət hələlik bu mübarizədə qalib gələ bilmir”, - deyə, bəyanatda bildirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR