Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması barədə fikirlərini açıqlayıb.
Musavat.com xəbər verir ki, o, EWTN televiziya kanalına verdiyi müsahibədə bu məsələyə toxunub.
Dövlət katibi ABŞ prezidentinin regionda sülhün təmin olunmasına sadiq olduğunu və sülhə nail olan lider imicini qorumağa çalışdığını vurğulayıb.
“Hindistan və Pakistan müharibə vəziyyətində olanda, biz bu məsələyə birbaşa müdaxilə etdik və Prezident həmin sülhü təmin edə bildi. Son vaxtlar Kamboca və Tayland arasında da buna bənzər vəziyyət yarandı. İndi isə biz burada Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalamaq üçün toplaşırıq. Bundan əlavə, 30 il davam edən və 7 milyon insanın həyatına son qoyan müharibənin tənzimlənməsi məqsədilə Kongo və Ruanda arasında görüşün təşkili işini də həyata keçirdik”, – deyə Rubio qeyd edib.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ