Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, son sutka ərzində Rusiya ordusu ölkənin 70-dən çox şəhər və kəndini raket atəşinə tutub. Hücumlar nəticəsində 22 nəfər həyatını itirib, 85 nəfər isə yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı “Telegram” kanalında məlumat verib.
“Dünən ABŞ prezidenti Donald Tramp çox önəmli fikirlər səsləndirdi. O qeyd etdi ki, Rusiya rəhbərliyi sülh haqqında danışmaqla vaxt itirir, eyni zamanda isə insanları öldürür. Biz hamımız gerçək sülh istəyirik, ləyaqətli və uzunmüddətli. Dünyada bizi dəstəkləyən çoxlu layiqli liderlər və ölkələr var”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, cəmi bir gün ərzində, “hamının qətliamların sonlanacağına dair ümid hiss etdiyi bir vaxtda”, Rusiya ordusu 73 yaşayış məntəqəsinə zərbə endirib, nəticədə 22 nəfər ölüb.
“Gecə saat ikidə ruslar Kamenskoye şəhərinə, şəhər xəstəxanasının ərazisinə raket zərbəsi endiriblər. Biri hamilə qadın olmaqla 3 nəfər həlak olub. Onun adı Diana idi, cəmi 23 yaşı var idi”, – deyə prezident əlavə edib.
Zelenskinin sözlərinə görə, gecəyarısına yaxın Rusiya aviasiyası Zaporojye vilayətindəki cəzaçəkmə müəssisəsini də bombalayıb.
“Bu hücum məqsədyönlü və bilərəkdən edilib. Ruslar çox yaxşı bilirdilər ki, həmin müəssisədə mülki şəxslər var. Hadisə nəticəsində çoxlu sayda insan ölüb. 43 nəfər isə xəsarət alıb. Yaralılar arasında ağır vəziyyətdə olanlar da var”, – deyə Zelenski qeyd edib.
Ukrayna prezidenti həmçinin beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirməyə çağırıb.
“Hər bir qətl, hər bir raket zərbəsi onu göstərir ki, Moskva ən sərt, həqiqətən də ağrılı və ədalətli sanksiyalara layiqdir. Onları qətlləri dayandırmağa və sülhə məcbur etmək lazımdır”, – deyə Zelenski bəyan edib.
Musavat.com
30 Iyul 2025
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ