İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə bağlı ŞOK XƏBƏR - 101 milyon hərbi itki…

Rusiya ordusunun indiki hücum tempi davam edərsə, Ukraynanın tam işğalı üçün 230 il və 101 milyon hərbi itki lazım olacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Hazırda Rusiya qoşunları Ukraynanın yalnız 19 faizinə nəzarət edir. Son bir ildə işğal olunan ərazilər cəmi 0,5 faiz artıb. “DeepState” layihəsinin hesablamalarına görə, Rusiya bu ilin ilk üç ayında cəmi 500 kvadrat kilometrlik irəliləyişə nail olub.

Beynəlxalq qiymətləndirmələrə əsasən, Rusiya ordusu 800 minə yaxın itki versə də, hər ay sıralarına 30 min yeni əsgər əlavə edir. ABŞ komandanı Kristofer Kavoli bildirir ki, hazırda Ukraynada 600 minlik Rusiya hərbçi kontingenti mövcuddur. Onun sözlərinə görə, Kreml uzunmüddətli müharibəyə hazırlaşır və bu qarşıdurmanın hüdudları genişlənə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR