Onlayn ictimai-siyasi qəzet
Ukrayna Xerson vilayətinin Novaya Kaxovka şəhərinin “Deputatlar Şurası”nın “rəhbəri” Leontyevi məhv edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, “şura rəhbəri” dron hücumu zamanı öldürülüb.
Rusiyanın Yaroslavl şəhərində “Slavnafta” şirkətinə məxsus “Yaroslavnefteorqsintez” neft emalı zavodunda yanğın başlayıb.
“AzPolitika” xəbər verir ki, gücünə görə Rusiyanın 5-ci ən iri müəssisəsi olan bu neft emalı zavodunda baş verən güclü yanğının videoları “Astra” daxil olmaqla Rusiyanın bir çox “telegram” kanalları tərəfindən paylaşılıb.
Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev yanğını təsdiqləsə də, bunun pilotsuz təyyarənin zərbəsi deyil, “texnogen faktorlar” səbəbindən baş verdiyini deyib: "Sakinlər bunun düşmənin hücumu nəticəsində ola biləcəyindən narahat idilər. Lakin bu gün heç bir PUA aşkarlanmayıb".
Rusiya neftayırma zavodları son zamanlar dəfələrlə Ukrayna pilotsuz təyyarələri tərəfindən hücuma məruz qalıb və bu, istehsalın dayandırılmasına, yanacaq təchizatının kəsilməsinə və yanacağın qiymətlərinin artmasına səbəb olub.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ