İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukrayna ilə danışıqların üçüncü raundunu gözləyir – Peskov  

Moskva Vaşinqtonun vasitəçiliyi ilə də olsa, Kiyevlə birbaşa danışıqlar aparır.

Musavat.com xəbər verir ki, bunu prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov TASS-a deyib. Onun sözlərinə görə, Moskva Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin vasitəsilə Kiyevlə birbaşa əlaqə qurur.

Peskov qeyd edib ki, əsir və meyitlərin mübadilələri başa çatdıqdan və İstanbul razılaşmalarının həyata keçirilməsindən sonra Rusiya Ukraynanın üçüncü raund təklifini gözləyir. Onun  bildirdiyinə görə, üçüncü raundda memorandumlar müzakirə olunacaq: “Biz üçüncü raundla qarşı-qarşıyayıq və tərəflərin əvvəllər mübadilə etdiyi memorandum layihələrinin üçüncü raundu üzrə müzakirələrə başlayırıq”.

Kreml həmçinin ABŞ prezidenti Donald Trampın bazar ertəsi verdiyi açıqlamaları öyrənməyə davam edir: “Onlara yalnız Rusiya prezidenti Vladimir Putinin özü münasibət bildirəcək - əgər o, bunu zəruri hesab edərsə. Biz bu bəyanatları təhlil etməyə davam edirik. Əgər prezident şərh verməyi zəruri hesab edərsə, bunu edəcək".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR