Onlayn ictimai-siyasi qəzet
Bu gün axşam, iyunun 7-də rus qoşunları Xarkovu KAB-larla vurub. Bu, son 24 saat ərzində Rusiya tərəfindən edilən ikinci hücumdur.
Musavat.com xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat verib.
Onun sözlərinə görə, iki KAB hücumu nəticəsində Şevçenkovsk rayonunda bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Regional Hərbi Administrasiyanın rəhbəri Oleq Sinequbovun məlumatına görə, yaralananların sayı 5 nəfərdir.
Qeyd edək ki, iyunun 7-də Rusiya qoşunları Donetsk vilayətini atəşə tutub. Hücum nəticəsində 3 nəfər həlak olub, bir nəfər yaralanıb. Bu barədə Donetsk vilayət dövlət administrasiyasının sədri və regional hərbi administrasiyanın başçısı Vadim Filaşkin məlumat verib.
İqbal RZAYEV,
Musavat.com
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ