Onlayn ictimai-siyasi qəzet
Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Moskva Rusiya ilə Azərbaycanın strateji tərəfdaş və müttəfiq kimi qalmasının tərəfdarıdır.
Musavat.com xəbər verir ki, Peskov bu barədə jurnalistlərin sualını cavablandırarkən danışıb.
Onun sözlərinə görə, iki ölkə arasında yaranan məsələlər konstruktiv şəkildə tənzimlənməlidir:
“Rusiyanın diplomatik nümayəndələri Azərbaycan tərəfi ilə daimi əlaqədədir və saxlanılan Rusiya vətəndaşlarının hüquqlarını müdafiə edirlər. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və baş prokuror İqor Krasnov da Azərbaycanın baş prokuroru ilə əlaqə saxlayır”.
Qeyd edək ki, son günlər Bakıda saxlanılan rusiyalılarla bağlı Kreml narahatlığını ifadə edib və dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ