Onlayn ictimai-siyasi qəzet
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında İstanbulda keçirilməsi planlaşdırılan görüşlə bağlı dəqiq vaxt hələ müəyyənləşməyib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında görüşün təşkili ilə bağlı hazırlıqlar davam edir, lakin danışıqların nə vaxt keçiriləcəyi hələ razılaşdırılmayıb.
Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski artıq Ankaradadır. Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Bu görüşdən sonra prosesin necə inkişaf edəcəyi daha aydın olacaq.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ