Onlayn ictimai-siyasi qəzet
Kreml sözçüsü Dmitri Peskov Rusiya və Ukrayna arasında nəzərdə tutulan yeni danışıqlar barədə açıqlama verib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, tərəflərin təqdim etdiyi memorandum layihələri tamamilə fərqli və bir-birinə ziddir.
“Bizim bir memorandum layihəmiz var, bir də Ukrayna tərəfinin təqdim etdiyi sənəd. Bu iki layihə arasında fikir ayrılığı çox böyükdür. İndi bu layihələr əsasında qarşılıqlı fikir mübadiləsi və danışıqlar aparılacaq. Hələ ki, sənədlər tamamilə ziddiyyətlidir, buna görə də irəliləyiş üçün ciddi diplomatik iş görülməlidir”, — deyə Peskov bildirib.
Hazırda Moskva və Kiyev arasında növbəti görüşün iyulun sonunda İstanbulda keçirilməsi nəzərdə tutulur.
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ