Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu səhər saatlarında Ukraynanın Zaporojye və Odessa vilayətlərinə zərbə endirib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Rusiya ordusunun hücumu nəticəsində Zaporojye vilayətində yaralıların sayı 34-ə yüksəlib.
Vilayət Hərbi Administrasiyasının məlumatına görə, yaralılardan 6 nəfəri xəstəxanaya yerləşdirilib, onların arasında 3 uşaq da var. Daha 28 nəfərə isə ambulator yardım göstərilib.
Odessa vilayətində isə hücum nəticəsində şərab zavodunun qablaşdırma sexi və anbarı dağılıb.
Həmin vaxt növbə ilə işləyən 50 işçi təxliyə edilib.
Musavat.com
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ