Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Altay Respublikasında keçirilən Beynəlxalq Ekoloji Konfransda iştirak edib.
Musavat.com xəbər verir ki, Paşinyan tədbir zamanı Rusiya baş naziri Mixail Mişustinlə yanaşı dayanıb, onunla birlikdə zalda yeriyib, yanaşı oturub və çıxış etmək imkanı qazanıb.
Halbuki son illərdə Rusiya-Ermənistan münasibətlərindəki gərginlik fonunda rəsmi Moskva Paşinyanı tez-tez görməməzlikdən gəlir, onu “adam yerinə qoymurdu”.
Siyasi müşahidəçilərin fikrincə, bu dəyişiklik heç də təsadüfi deyil. Rusiya ilə Azərbaycan arasında son dövrlərdə artan gərginlik və Bakının prinsipial mövqeyi fonunda Moskva İrəvanı yenidən “əldə saxlamağa” cəhd edir. Bu isə Kremlin geosiyasi oyunlarının bir hissəsi kimi dəyərləndirilir.
Altay – qədim türk torpağında Paşinyanın bu qədər “hörmətli” qarşılanması isə həm simvolik, həm də ironik məna daşıyır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı ədalətli mövqeyə qarşı Rusiyanın bu cür “jestləri” sual doğurur. Hələ bir müddət əvvəl Paşinyan Moskvada keçirilən tədbirlərdə kənarda saxlanılır, görüşlərə dəvət edilmir və açıq şəkildə soyuq münasibətlə qarşılanırdı.
Lakin indi Mişustinlə yanaşı kameralara poz verməsi, onu müşayiət etməsi və tribuna imkanları əldə etməsi Rusiyanın dəyişən mövqeyini göstərir. Belə bir dönəmdə bu görüntülər təkcə Ermənistan-Rusiya münasibətlərinin deyil, həm də Rusiya-Azərbaycan münasibətlərinin haraya yönəldiyini açıq şəkildə ortaya qoyur.
Musavat.com Paşinyanın qədim türk torpağı Altayda Mişustinlə eyni səviyyədə nümayişini və həmin anların görüntülərini təqdim edir.
Musavat.com
30 Iyul 2025
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ