Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının tərkibindəki Tatarıstanda miqrantlara qarşı reyd videoya çəkilib.
Musavat.com xəbər verir ki, videonu “Jest Kazani” Telegram kanalı yayıb.
Kadrlarda görünür ki, onlarla əcnəbi qastarbayter (əmək miqrantı) sıraya düzülüb. Onlardan ikisi naməlum səbəbdən üzüstə yerə uzadılıb. (Bunlar yəqin ki, təhqiramiz davranışa etiraz edənlərdir).
Telekanalın məlumatına görə, reyd zamanı 9 qeyri-qanuni mühacir müəyyən edilib. Ümumilikdə təhlükəsizlik qüvvələri 37 nəfəri saxlayıb. Onların əksəriyyətinin Rusiyada qeyri-leqal işlədiyi bildirilir. Bütün qanun pozucularına qarşı protokollar tərtib edilib.
Bundan əvvəl təhlükəsizlik qüvvələri Moskva fitnes klublarından birində kütləvi yoxlama aparıb. “Çox güman ki, bu, miqrantlara qarşı reyddir”, - işçiləri izah ediblər. Binada olan hər kəsin sənədləri yoxlanılıb.
Qeyd edək ki, Rusiyada çoxdan bir yazılmamış qanun-qayda var: rəsilərə pul lazım olanda qastarbayterlərin işlədiyi məkanlara reyd təşkil edir, yüzlərlə adam saxlayır, onlardan lazımi qədər pul alır, sonra sərbəst buraxır, çıxıb gedirlər.
Musavat.com
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ