İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada qubernator ovu davam edir

Rusiyanın Bryansk vilayətinin vitse-qubernatoru Nikolay Simonenko müdafiə istehkamlarının tikintisi zamanı vəsaitlərin mənimsənilməsi ilə bağlı cinayət işi üzrə iki ay müddətinə istintaq təcridxanasına göndərilib.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu qərarı Moskvanın Meşçanski rayon məhkəməsi çıxarıb. Məhkəmənin məlumatına görə, Simonenko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və bu hərəkətlərin ağır nəticələrə səbəb olmasında ittiham olunur.

Nikolay Simonenko iyulun 22-də saxlanılıb və həmin gün onun yaşadığı ünvanlarda axtarışlar aparılıb. TASS agentliyinin hüquq-mühafizə orqanlarındakı mənbələri bildiriblər ki, vitse-qubernator 818 milyon rublun mənimsənilməsində şübhəli bilinir.

Qeyd edək ki, müdafiə istehkamlarının tikintisi zamanı vəsaitlərin mənimsənilməsi ilə bağlı analoji cinayət işləri bundan əvvəl Kursk və Belqorod vilayətlərində də açılmışdı. RBK-nın mənbələrə istinadla yaydığı məlumata görə, bu çərçivədə yoxlamalar mərhum Kursk vilayətinin keçmiş qubernatoru və nəqliyyat naziri olmuş Roman Starovoyta qarşı da aparılırdı. Rəsmi versiyaya görə, Starovoyt iyulun 7-də intihar edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR