Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Varşavada gərgin və simvolik bir hadisə yaşanıb.
Rusiyanın Polşadakı səfiri Sergey Andreyev II Dünya Müharibəsi döyüşlərində həlak olmuş sovet əsgərlərinin abidəsinə gül qoymaq istəyərkən etirazçıların hücumuna məruz qalıb.
Səfir və onu müşayiət edən diplomatik nümayəndə heyəti qırmızı boya ilə “boyanıb”. Hadisə zamanı səfirin geyimi, üz-gözü, müşayiətçiləri və ətraf mühit boya ilə qızarmış vəziyyətə düşüb. Hadisə baş verən anlar kameralara düşüb və sosial şəbəkələrdə geniş yayılıb.
Aksiya iştirakçıları Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz etdiklərini bildiriblər. Qırmızı boya “qan” simvolu kimi istifadə edilib və Rusiya səfirinə qarşı açıq siyasi mesaj xarakteri daşıyıb. “Bu daha başlanğıcdır!” deyə şüarlar səsləndirilib.
Rusiyanın Polşadakı səfirliyi hadisəni rəsmi şəkildə pisləyib və bu cür hücumun diplomatik toxunulmazlıq prinsiplərinə zidd olduğunu bəyan edib. Rusiya Xarici İşlər Nazirliyinin də bu hadisəyə sərt reaksiya verməsi gözlənilir.
Polşa Xarici İşlər Nazirliyi hadisənin araşdırıldığını bildirib. Lakin ictimaiyyətdə geniş yayılan görüntülərdən sonra Polşa cəmiyyətinin bir qismi səfirə qarşı bu aksiyanı dəstəklədiyini gizlətməyib.
Musavat.com insidentin yayılan görüntüsünü təqdim edir:
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ