Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələri Tulaya pilotsuz təyyarələrlə hücum edib.
Musavat.com “Baza” Telegram kanalına istinadən xəbər verir ki, Sovetski və Proletarski rayonlarının sakinləri partlayışlar barədə məlumat veriblər.
Bölgədə azı 8 partlayış qeydə alınıb. Həmçinin daha bir PUA Moskvaya yaxınlaşarkən vurulub. Pilotsuz təyyarənin hücumuna görə üç hava limanında - Domodedovo, Vnukovo və Jukovskidə "Xalça" planı tətbiq edilib.
Vilayət qubernatorunun məlumatına görə, Tula ərazisində bir pilotsuz uçuş aparatının qalıqlarının düşməsi qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Tula ilə yanaşı, pilotsuz uçuş aparatları kütləvi şəkildə Novomoskovsk şəhərinə də hücum ediblər. Yerli sakinlərin bildirdiyinə görə, hava hücumundan müdafiə sistemi PUA-ları dəf edərkən təxminən 19 partlayış baş verib.
Musavat.com
22 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ