Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbır verir ki, Türkiyədə rüşvət əməliyyatları son vaxtlar sürətlə ifşa olunur. Artıq bu həbslər daha çox öz kabinetində rüşvət alarkən tutulan CHP-li məmurlarla əlaqələndirilir. Xatırladaq ki, bir neçə həftə əvvəl Manavqatda baş verən qalmaqalda paxlava qutusunun içindən tam 110 min avro çıxmışdı.
İndi isə İstanbulun Bəylikdüzü rayonunda baş tutan əməliyyat ölkədə geniş rezonans doğurub. TRT Haber-in yaydığı məlumata görə, aralarında vergi müfəttişlərinin də olduğu dövlət qulluqçuları şirkətləri cərimə ilə qorxudaraq rüşvət tələb etdikləri anda yaxalanıblar. Həmin görüntülər kameraya düşüb və sosial mediada böyük ajiotaj yaradıb.
Bu əməliyyat nəticəsində 16 şübhəli tutulub. Maraqlıdır ki, Bəylikdüzü CHP-nin qalası sayılır — bu rayon Əkrəm İmamoğlunun böyük siyasətə atıldığı və ilk bələdiyyə başqanı seçildiyi məkandır. Hal-hazırda da bütün idarəetmə CHP-nin nəzarətindədir. Ona görə də proses birbaşa CHP-li strukturların korrupsiya şəbəkəsi ilə əlaqələndirilir.
Görünən odur ki, Türkiyədə rüşvət bataqlığı tədricən geniş ifşalarla açılır və xüsusilə CHP-li bələdiyyələrdə və məmurlar arasında belə hadisələrin tez-tez baş verməsi diqqətdən qaçmır.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ