Onlayn ictimai-siyasi qəzet
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın tarixi şəhəri - Xankəndidə yüksək səviyyədə təşkil olunub.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif ECO-nun 17-ci Zirvə görüşündə bildirib.
"Əziz qardaşım, Prezident İlham Əliyevə tədbirin uğurla təşkil olunması üçün təşəkkürümü bildirmək istərdim. Tarixi və gözəl Xankəndidə bizə göstərilən qəbul və səmimi qonaqpərvərliyə görə Prezidentin bütün komandasına təşəkkür edirəm", - Ş.Şərif bildirib.
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ