Onlayn ictimai-siyasi qəzet
Yekaterinburqda Rusiya güc strukturları tərəfindən zorakılıqla saxlanılan azərbaycanlıların işi üzrə məhkəmə iclası başa çatıb.
3 şəxs – Akif, Ayaz və Məzahir Səfərovlar barəsində məhkəmə 22 sutka həbs qətimkan tədbiri seçib.
Bəkir Səfərov, Əhliman Gənciyev və Şahin Lalayev məhkəmənin qərarı ilə üç sutka müddətinə həbs edilib.
Bundan başqa, saxlanma zamanı güc strukturları tərəfindən xəsarət yetirilərək xəstəxanaya yerləşdirilən Kamal Səfərov və Əziz Abbasov evə buraxılıblar.
***
Yekaterinburqda əvvəllər saxlanılan azərbaycanlılarla bağlı məhkəmə prosesi davam edir.
Məhkəmə zalına Bəkir Səfərov gətirilib, məhkəmə onunla bağlı qəti imkan tədbiri seçilməsi məsələsinə baxır.
Bundan əvvəl Əhliman Gənciyev üç gün müddətinə həbs edilib.
***
Yekaterinburqda əvvəllər saxlanılan azərbaycanlılarla bağlı məhkəmə prosesi davam edir.
Məhkəmə zalına Gənciyev Əhliman Səttar oğlu gətirilib, məhkəmə onunla bağlı qəti imkan tədbiri seçilməsi məsələsinə baxır.
Bundan əvvəl Şahin Lalayev məhkəmənin qərarı ilə üç gün müddətinə həbs edilib.

Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəmə prosesi davam edir.
İşin dördüncü təqsirləndirilən şəxsi iyunun 26-da səhər saatlarında saxlanılan Lalaev Şahin Məmədəli oğlu olub.
O da 2000-ci illərdə törədilən bir sıra qətllərdə iştirakda ittiham olunur.
Hazırda məhkəmə onun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxır. (Report)
29 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ