İnsanlara hürriyət, millətlərə istiqlal!

Saray qəsəbəsində yollar qaranlığa qərq olub: Sakinlər narazıdır - VİDEO

Abşeron rayonunun Saray qəsəbəsində avtomobillərin hərəkət etdiyi yollar gecə saatlarında qaranlığa qərq olur.

Bu barədə Musavat.com-a qəsəbə sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, küçə işıqları işləmədiyi üçün yollarda tez-tez qəzalar baş verir. Sakinlər vurğulayırlar ki, sürücülər qaranlıqda yolu keçən piyadaları görməkdə çətinlik çəkirlər. Bu isə piyadaların həyatını təhlükə altına atır.

Musavat.com məsələ ilə bağlı görüntüləri təqdim edir.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

04 May 2025

BÜTÜN XƏBƏRLƏR