Onlayn ictimai-siyasi qəzet
İran ABŞ-ın İsrailin tərəfində münaqişəyə daxil olacağı təqdirdə bütün mümkün cavab variantlarını nəzərdən keçirdiyini bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazim Qaribabadi çıxışında bildirib.
ISNA agentliyinin yaydığı məlumata görə, diplomat bildirib:
“Əgər Amerika siyonist rejimin (söhbət İsraildən gedir – red.) tərəfində aktiv şəkildə döyüş meydanına çıxmaq istəsə, İran öz alət və imkanlarını işə salaraq təcavüzkarlara dərs vermək, milli təhlükəsizliyini və maraqlarını qorumaq məcburiyyətində qalacaq. Qərarverici hərbi strukturlarımızın masasında bütün lazım olan variantlar mövcuddur”.
İsrail və İran arasında artan gərginlik fonunda ABŞ-ın birbaşa müdaxiləsi ehtimalları müzakirə mövzusudur. Tehran isə bu cür müdaxilənin nəticələrinin ciddi olacağı ilə bağlı Vaşinqtona açıq siqnal göndərir.
Şahanə Rəhimli,
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ