İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada dövlətə xəyanət ittihamı ilə həbslər 50 faizədək artıb

Bu ilin birinci yarısında Rusiyada 105 rusiyalı vətənə xəyanət, 11 əcnəbi casusluq ittihamı ilə həbsə məhkum edilib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövründəkindən 50 faizə qədər çoxdur.

Dövlətə xəyanətdə təqsirləndirilən iki müttəhimə ömürlük həbs cəzası verilib. Məhkum edilənlərdən 5-i 14-17 yaş arası yetkinlik yaşına çatmayanlardır, ən böyük yaş qrupu 18-30 (44 nəfər) olub. Təqsirləndirilən şəxslərin 27-si 31-40 yaş arasında, 15-i 41-50, 11-i 51-60, ikisi 61-65, biri isə 66-dan yuxarıdır. Onların, demək olar ki, yarısı (41-i) ali, 22-si orta, 22-si orta ixtisas təhsillidir. Yarıdan çoxunun (55) daimi gəlir mənbəyi yoxdur. Məhkum olunanlar arasında 15 fəhlə, 3 dövlət və bələdiyyə işçisi, 8 tələbə, eyni sayda sahibkar, 6 hərbi qulluqçu, eyni sayda hüquqşünas və ya notarius da var.

Statistikaya görə, casusluq ittihamı ilə həbs cəzasına məhkum edilmiş 11 əcnəbinin hamısı MDB ölkələrinin vətəndaşları olub. Onlardan 4-ü 18-30, 4-ü 31-40, ikisi isə 41-45 yaş arasında olub. Məhkumlardan yalnız 3-ü ali, 7-si isə orta ixtisas və ya ümumi orta təhsilli olub.

Xatırladaq ki, 2024-cü ildə Rusiyada dövlətə xəyanətdə ittiham olunanların sayı təxminən dörd dəfə artıb – 145 nəfər, casusluğa görə isə 23 nəfər məhkum edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR