İnsanlara hürriyət, millətlərə istiqlal!

İlkin Süleymanovun vəkili saxlanıldı

Gəncədə tanınmış vəkil saxlanılıb.

Musavat.com APA-ya istinadla bildirir ki, tanınmış vəkil Zabil Qəhrəmanovun ötən gün saxlanıldığı bildirilir.

Məlumata görə, Z.Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Vəkilin hansı səbəbdən saxlanılması məlum deyil.

Qeyd edək ki, bir qədər əvvəl Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Zabil Qəhrəmanovun vəkiliyinin 6 ay müddətinə dayandırılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, Zabil Qəhrəmanov Nərmin işi üzrə təqsirli bilinərək həbs olunan İlkin Süleymanovun vəkili olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR