İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyandan sülh sazişi AÇIQLAMASI

“ABŞ dövlət katibi Marko Rubio Ermənistan və Azərbaycan arasında sülh sazişinin yaxın vaxtlarda imzalanacağına ümid etdiyini bildirib. Rubio bu bəyanatı Donald Trampın siyasəti nəticəsində müxtəlif münaqişələrdə sülhə nail olunması kontekstində səsləndirib”.

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistanın beynəlxalq məsələlər üzrə eksperti Suren Sarkisyan “Facebook” səhifəsində yazıb.

“Son aylar ərzində müxtəlif kanallar vasitəsilə məlumatlar daxil olur ki, Dövlət Departamenti bu istiqamətdə tərəflərlə açıq şəkildə olmasa da, fəal şəkildə işləyir. Tramp administrasiyası bu prosesi uğur əldə etmək fürsəti kimi görür və bu nəticə əsasında öz uğur payını almaq istəyir.

İstisna etmirəm ki, danışıqlar pərdəarxası xarakter daşıyır – bu da prosesi kənar təsirlərdən qorumağa xidmət edir. Əslində, tərəflər danışıqların vasitəçisiz aparıldığını bildirsələr də, ABŞ bu prosesdə müəyyən vasitəçilik rolunu oynayır”, - deyə Sarkisyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR