Onlayn ictimai-siyasi qəzet
“Məclis.info” saytının rəhbəri İmran Əliyev və Elgiz Qəhrəmanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin icraatına verilib.
Təqsirləndirilən İmran Əliyev ötən il aprelin 19-da həbs edilib. Elgiz Qəhrəman isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham olunur.//APA
03 May 2025
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ