Onlayn ictimai-siyasi qəzet
Aparıcı Vüsalə Əlizadə tıxaclardan şikayətlənib.
Musavat.com xəbər verir ki, aparıcı səhər saatlarından tıxacda qaldığını evinə gedib çıxa bilmədiyini deyib:
"8-in yarısında məkətəbə uşaq qoymuşam. 10-a qalıb. Evimə gedib çıxa bilmirəm. Nə müsibətdir biz yaşayırıq? Bu, kimə lazımdır? Vallah heç kimə lazım deyil. Zülm çəkirik. Sonra da deyirik, insanlarımız aqresivdir. Olar da... Səhər işə gedən, uşağını dərsə aparan, xəstəxanaya yollanan, başqa problemi demirəm. Dərsin ilk günü şəhər bərbad vəziyyətdədir. Heç vaxt belə şey çəkmirəm, amma boğaza yığıldım. Olmaz belə şey. Nə zülm, bəladır düşmüşük. Hər yer iflic vəziyyətindədir".
Könül
Musavat.com
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ