İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanından ŞOK ADDIM: 73 ildən sonra...

Səudiyyə Ərəbistanı 1952-ci ildən bəri ilk dəfə olaraq ölkədə spirtli içkilərin məhdud şəkildə satışına və istifadəsinə rəsmi şəkildə icazə verəcək.

Musavat.com xəbər verir ki, bu barədə The Economic Times məlumat yayıb.

Qərarın qəbul edilməsinə səbəb 2030-cu ildə keçiriləcək EXPO sərgisi və 2034-cü ildə ölkədə baş tutacaq Futbol üzrə Dünya Çempionatı ilə bağlı genişmiqyaslı hazırlıqlardır.

Yeni qaydalara əsasən, ölkənin müxtəlif bölgələrində – lüks otellərdə, yüksək səviyyəli kurortlarda və xüsusi turist zonalarında 600 nöqtədə spirtli içkilərin satışı həyata keçiriləcək.

İcazə veriləcək içkilərə pivə, şərab və sidr daxildir. Lakin sərt spirtli içkilər hələlik qadağa altında qalacaq.

Bu addım krallığın daha açıq və qlobal turistlər üçün cəlbedici məkana çevrilməsi istiqamətində atılmış növbəti liberal islahat kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR