Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Sevda Ələkbərzadə babası ilə bağlı paylaşım edib.
Müğənni babasının fotosuna bunları yazıb:
“Babamın timsalında Böyük Vətən müharibəsində həlak olan bütün qəhrəmanlara minnətdarlıqla...
Mənim babam da Böyük Vətən müharibəsində döyüşüb. Onun yaşadıqları, çəkdiyi əziyyətlər və göstərdiyi igidlik ailəmizin yaddaşında əbədi iz qoyub. Onun timsalında cəbhədə canından keçən, qayıtmayan bütün şəhidlərimizin qarşısında baş əyirəm.
Bu gün azad, başı uca yaşamağımız üçün həyatını fəda edən hər bir qəhrəmanın ruhu qarşısında sonsuz ehtiramla minnətdarlığımı bildirirəm.
Sizin şücaətiniz və vətənə sevginiz heç vaxt unudulmayacaq. Qəhrəmanlarımız - əbədiyyətin sahibləridir”. (Axşam.az)
10 May 2025
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ