Onlayn ictimai-siyasi qəzet
Amerikalı jurnalist Seymur Herş bildirib ki, Vaşinqton Vladimir Zelenskini əvəzləmək qərarına gəlsə, Valeri Zalujni yaxın aylarda Ukrayna prezidenti postunu tuta bilər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məşhur ameriakl araşdırmaçı jurnalist Herşin sözlərinə görə, Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı “Zelenskinin ən çox ehtimal olunan varisi”dir. Vaşinqtondakı mənbələrinə istinadən Herş iddia edir ki, bir neçə ay ərzində hakimiyyət dəyişikliyi baş verə bilər.
Jurnalist yazır ki, Donald Tramp administrasiyası müvafiq qərara gələrsə, Ukrayna prezidenti “qovulma” siyahısına daxil ediləcək. Herşin danışdığı amerikalı məmurlardan biri deyib: "Zelenski öz xoşuyla getməkdən imtina edərsə, onu məcbur edəcəklər. Top onun meydançasındadır".
Herş həmçinin iddia edir ki, ABŞ və Ukraynanın güc dairələrində Rusiya ilə hava müharibəsinə təcili son qoymaq zərurəti ilə bağlı fikirlər artmaqdadır. Vaşinqton ehtiyat edir ki, gecikmə Vladimir Putinlə danışıqlar üçün fürsət pəncərəsini bağlaya bilər.
Musavat.com
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ