İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyandan Paşinyana təhqiramiz təhdid: “Ağzında xoşagəlməz bir şeylə qalmayasan…”

Kremlə yaxınlığı ilə tanınan və “Russia Today”in baş redaktoru olan tanınmış rusiyalı təbliğatçı Marqarita Simonyan Ermənistan hökumətinin Rusiyada yaşayan erməni əsilli oliqarx Samvel Karapetyanın saxlanması ilə bağlı hərəkətlərinə sərt və aşağılayıcı reaksiya verib.

Musavat.com xəbər verir ki, Simonyan özünün “Telegram” kanalında Ermənistan Baş naziri Nikol Paşinyanı hədəf alan açıq təhdid səsləndirib.

Simonyan yazıb:

“Tamamilə azğınlaşıb. Elə bil ölməzdir. Diqqətli ol, necə deyərlər, sabah bir şeylə – özü də ağzında çox xoşagəlməz bir şeylə – qalmayasan.”

Marqarita Simonyan bu sözləri Ermənistanın hüquq-mühafizə orqanlarının Samvel Karapetyanın mümkün ekstradisiyası və ya hüquqi təqibi ilə bağlı planlarına reaksiya olaraq yazıb. O, açıq şəkildə Paşinyanı aşağılamaqla yanaşı, onun fiziki və siyasi təhlükəsizliyinə eyham vurub. Simonyan bu cür ritorikanı ilk dəfə deyil ki, tətbiq edir və xüsusilə də Rusiya maraqlarına toxunan region ölkələrinə qarşı tez-tez sərt ifadələrlə çıxış edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR