Onlayn ictimai-siyasi qəzet
Slovakiyanın baş naziri Robert Fitsonun Moskva səfərinin ləğv edilməsi ilə bağlı yayılan xəbərlər təkzib olunub.
Musavat.com xəbər verir ki, bu barədə Fitsonun rəhbərlik etdiyi “Kurs – Sosial Demokratiya” partiyasının deputatı Yan Rixter açıqlama verib. Onun sözlərinə görə, baş nazir 9 May Qələbə Gününün qeyd olunması münasibətilə Rusiyaya səfərə hazırlaşmaqda davam edir. Rixter bəzi işgüzar görüşlərin baş tutmamasını Fitsonun səhhəti ilə bağlı keçmişdə keçirilən əməliyyatlardan sonra yaranmış obyektiv səbəblərlə əlaqələndirib.
Buna baxmayaraq, deputat qeyd edib ki, müəyyən görüşlərin təxirə salınması Baş nazirin öz vəzifələrini yerinə yetirə bilmədiyi anlamına gəlmir. O, həmçinin, Robert Fitsonun səhhətinin ciddi şəkildə pisləşməsi ilə bağlı yayılan iddiaların həqiqətə uyğun olmadığını vurğulayıb.
Toğrul İSMAYIL,
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ